Koronavirus

La Liqa klubunun 6 futbolçusunda koronavirus aşkarlandı

 09:39 18.03.2020     598

İspaniyanın "Espanyol" klubunun 6 futbolçusu koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytı oyunçuların adlarını açıqlamayıb. Futbolçularla yanaşı, texniki heyət üzvlərinin də testlərinin müsbət nəticələndiyi bildirilib.

Qeyd edək ki, La Liqa rəhbərliyi çempionat oyunlarını aprelin əvvəlinə kimi təxirə salıb. UEFA AVRO-2020-nin 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verib. //Report