“Formula-1” təqvimi dəyişib

 00:50 19.03.2020     864

“Formula-1”in Strateji İşçi Qrupu və Komissiyası təqvimdə dəyişiklik edib.

Redaktor.az-ın məlumatına görə, məcburi yay fasiləsi yaza keçirilib.

Daim avqustda iki həftə istirahət edən komandalar bazalarını da bağlayırdı. Bu dəfə koronavirus pandemiyasına görə fasilə mart-aprel aylarına təsadüf edəcək və 3 həftə sürəcək.

Pandemiya səbəbindən Avstraliya, Çin, Vyetnam və Bəhreyn yürüşlərini təxirə salan “Formula-1”in Niderland, İspaniya və Monako mərhələsinin taleyi sual altındadır. Mayın 24-də start götürməsi planlaşdırılan yarışın dekabrın 20-dək davam etməsi və 18 mərhələdən ibarət olması nəzərdə tutulub. //APA