Koronavirus

FIFA koronavirusla mübarizə üçün İşçi Qrup yaradacaq

 02:53 19.03.2020     562

FIFA koronavirusun yayılması ilə bağlı vəziyyətin inkişafını izləməkdən ötrü İşçi Qrup yaradacaq.

Redaktor.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumatına görə, İşçi Qrup pandemiyanın nəticələrinin aradan qaldırılması istiqamətində ümumi yanaşma hazırlamağa çalışacaq. Müvafiq qərarı Canni İnfantinonun rəhbərlik etdiyi FIFA Şurasının bürosu qəbul edib.

Qeyd edək ki, koronavirus üzündən əksər milli çempionatlar dayandırılıb və AVRO-2020 gələn ilə keçirilib. Son məlumatlara əsasən, dünyada bu xəstəliyə 204 255 nəfər yoluxub. Onlardan 8243-ü ölüb, 82 107 nəfəri sağalıb. //Report