Koronavirus

“Formula-1”in daha üç yarışı təxirə salındı: Bakı mövsümün startı ola bilər

 20:45 19.03.2020     565

“Formula-1”in daha üç yarışı təxirə salınıb.

Redaktor.az xəbər verir ki, Niderland (1-3 may), İspaniya (8-10 may) və Monakoda (21-24 may) keçirilməli olan Qran Pri yarışları koronavirus təhlükəsi üzündən, planlaşdırılmış vaxtda baş tutmayacaq.

Beləliklə, 5-7 iyunda Bakıda baş tutacaq Azərbaycan Qran Prisi ilk sıraya girib. Əgər Bakıdakı Qran Pri təxirə salınmazsa, “Formula-1”də mövsümün ilk yarışı məhz Azərbaycanda olacaq. //Oxu