"Liverpul" 103 milyon avroya hücumçu alır

 21:14 20.03.2020     765

“Liverpul” klubu qarşıdan gələn yay transfer pəncərəsi dövründə “Lill”in forvardı Viktor Osimheni transfer edəcək.

Redaktor.az İngiltərə mediasına istinadən xəbər verir ki,  Fransa təmsilçisi 21 yaşlı nigeriyalı futbolçusunu 94 milyon funt-sterlinq (103 milyon avro) qarşılığında satmağa hazır olduğunu bildirib.  Onu transfer etmək üçün əsas favorit isə "Liverpul"dur. Hücumçu bu mövsüm komandası ilə keçirdiyi 38 oyunda 16 qol vurub və 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Osimhen 2019-cu ildən "Lill"də çıxış edir.