“Formula 1”: Azərbaycanda 2 Qran-pri keçirilə bilər

 21:57 20.03.2020     784

Avstriyanın “Red-Bull” komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko “Formula 1”in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib. 

Redaktor.az bildirir ki, o, koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib. 

H.Marko bildirib ki, cümə məşqləri olmadan ikigünlük uik-end yarışları keçirmək olar.  

Məsləhətçi həmçinin bəzi trasslarda iki Qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib. 

Qeyd edək ki, “Formula 1”də Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.