Xokkey üzrə dünya çempionatı ləğv olundu

 19:19 21.03.2020     734

Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub. 

Redaktor.az bildirir ki, bununla əlaqədar Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib. Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib. Mundial mayın 24-dək davam etməli idi. 

Hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb və ya vaxtından əvvəl sona çatıb.