Daha bir futbolçu koronavirusa yoluxdu

 00:17 22.03.2020     752

Futbol üzrə İspaniya çempionatının (La Liqa) təmsilçisi "Espanyol"un çinli  futbolçusu U Ley koronavirusa yoluxub.

Redaktor.az Çin Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 28 yaşlı oyunçunun koronavirus testi müsbət çıxıb. Onun hazırda karantində olduğu buldirilib.

Qeyd edək ki, U Ley bu mövsüm 28 matçda oynayıb.

Xatırladaq ki, "Espanyol" bundan əvvəl işçilər və futbolçulardan 6 nəfərin koronavirusuna yoluxduğunu açıqlamışdı. //Qol.az