"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı

 15:19 23.03.2020     665

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib.

Bildirilir ki, iyun ayında baş tutmalı olan Azərbaycan Qran-prisi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasıdır. //APA