Koronavirus

"Real Madrid"in sabiq prezidenti koronavirusa yoluxdu

 00:29 24.03.2020     399

İspaniyanın "Real Madrid" klubunun sabiq prezidenti Fernando Martin Alvares koronavirusa yoluxub.

Redaktor.az bildirir ki, 72 yaşlı biznesmen Madrid xəstəxanalarından birinin intensiv terapiya şöbəsinə yerləşdirilib.

Alvares 2016-cı ilin fevralında Florentino Peresin istefasından sonra klubun müvəqqəti prezidenti təyin olunub.

Bir neçə gün əvvəl koronavirus infeksiyasından "Real Madrid"in daha bir prezidenti Lorenso Sans 76 yaşında ikən vəfat edib. // Report