Avstraliya çempionat dayandırılıb

 10:55 24.03.2020     611

Futbol üzrə Avstraliya çempionatı dayandırılıb.

Redaktor.az-ın məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Davam etdirilən azsaylı çempionatlardan biri olan “Yaşıl qitə”nin futbol liqası qeyri-müəyyən müddətə saxlanılıb. Avstraliya Futbol Federasiyası bu barədə qərarı yekdilliklə qəbul edib. Koronavirusla bağlı vəziyyəti izləyən qurum aprelin 22-də durumu yenidən qiymətləndirərək növbəti qərarını verəcəyini açıqlayıb.

Qeyd edək ki, hazırda Avstraliya çempionatında 51 xala malik “Sidney” liderdir. //APA