"Atalanta"nın qapıçısında koronavirus aşkarlanıb

 01:19 25.03.2020     576

"Atalanta"nın qapıçısı Marko Sportielloda koronavirus aşkarlanıb.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin koronavirus testi müsbət çıxıb. Ancaq onda narahatlığa səbəb olacaq simptomlar olmadığı bildirilib.

Qeyd edək ki, Sportiello bu mövsüm 4 matçda oynayıb.