"Barselona" 8 futbolçusunu transferə çıxarır

 20:21 25.03.2020     506

"Barselona" mövsümün sonunda heyətində ciddi dəyişikliklərə əl atacaq.

Redaktor.az bildirir ki, koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkisinə məruz qalan Kataloniya klubu vəziyyəti düzəltmək üçün 8 oyunçusunu satmağa hazırlaşır.

İspaniya çempionu bununla yeni transferlər üçün də yol açmağı planlaşdırır. Rəhbərlik qapıçı Neto, müdafiəçilər Samuel Umtiti, Junior Firpo, yarımmüdafiəçilər Arturo Vidal, İvan Rakitiç, Filipp Koutinyo və hücumçular Martin Breytvaytla Antuan Qrizmann üçün təklifləri dəyərləndirməyə hazırdır.

Eyni zamanda, "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanqı almaqdan vaz keçən "Barselona" mövsümün sonunda ön xəttə bir oyunçu almaqla kifayətlənə bilər. // Apasport