Dünyanın ən böyük stadion hospitala çevrildi - FOTO

 16:33 26.03.2020     527

Dünyanın ən böyük stadionlarından olan “Marakana” koronavirusa yoluxmuş insanlar üçün sahra hospitalı kimi fəaliyyət göstərəcək.

Redaktor.az xəbər verir ki, Braziliya millisi, “Fluminense” və “Flamenqo”nun ev oyunlarını keçirdiyi Rio-de-Janeyrodakı arenada xəstələrə tibbi yardım göstəriləcək.

Xəstələrin stadiondakı otaqlarda yerləşdiriləcəyi, lazım gələrsə, arenanın meydançasından da istifadə olunacağı bildirilib.

Qeyd edək ki, 78 min tamaşaçı tutumuna malik olan “Marakana”da 2014-cü ildə dünya çempionatının final matçı, 2016-cı ildə isə Yay Olimpiya və Paralimpiya Oyunları keçirilib. //Qol.az

Şəkil" src="https://qol.az/img/pics/large/128934.jpg" /> Şəkil" src="https://qol.az/img/pics/large/128934.jpg" />