"Barselona" futbolçuların iş gününü və maaşlarını azaldıb

 08:50 27.03.2020     500

İspaniyanın "Barselona" futbol klubu koronavirus pandemiyası ilə əlaqədar bir sıra antiböhran tədbirləri görəcək.

Bu barədə Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, klub bütün əməkdaşlar üçün iş gününü və buna mütənasib olaraq əmək haqlarını da azaldacaq. "Barselona” Futbol Klubu tərəfindən qəbul edilən tədbirlər əmək qanunvericiliyinə və ədalət meyarlarına söykənir. Bizim hədəfimiz klubun fəaliyyətinin mümkün qədər tez yenilənməsidir", - xəbərdə deyilir.

Bundan başqa, "Barselona”nın idman obyektləri epidemiya müddətində Kataloniya səhiyyəsinin departamentinə keçəcək.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb. Hazırda dünyada yarım milyona yaxın insan virusa yoluxub, 20 mindən çox insan COVID-19-un qurbanı olub. Koronavirus 199 ölkəyə yayılıb. //Report.az