Almaniya kubokunun oyunları da təxirə salındı

 22:14 27.03.2020     454

Almaniya Futbol İttifaqı ölkə kubokunun yarımfinal matçlarını təxirə salıb.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. "Bavariya" - "Ayntraxt", "Saarbryukken" - "Bayer" görüşləri müvafiq olaraq 21 və 22 aprel tarixlərində keçirilməli idi.  Ancaq koronavirus pandemiyası səbəbindən 1 və 2-ci bundesliqa kimi kubok oyunları da təxirə salınıb.

Yarımfinal yeni tarixi ölkədəki vəziyyətdən asılı olaraq təyin ediləcək.

Xatırladaq ki, Almaniya 1 və 2-ci liqası koronavirus səbəbindən aprelin 30-a kimi dayandırılıb. //Qol.az