Ronaldo 9,5 milyonluq avtomobil aldı - FOTO

 10:34 28.03.2020     705

Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldo avtomobil kolleksiyasını yeni modellə zənginləşdirməyə çalışır.

Redaktor.az bildirir ki, 35 yaşlı hücumçu özü üçün Fransa istehsalı olan "Bugatti Centodieci" sifariş edib.

Təcrübəli oyunçunun sözügedən maşın üçün 9,5 milyon avro xərclədiyi iddia olunur. Ronaldo məhdud sayda - cəmi 10 ədəd istehsal olunan avtomobilə 2021-ci ildə sahib olacaq.

Qeyd edək ki, Kriştianu Ronaldonun qarajında artıq "Bugatti"nin iki modeli var: "Veyron" və "Chiron". "Centodieci" isə eyni kampaniyaya məsus 3-cü avtomobil olacaq.