"Atletiko"nun 14 yaşlı futbolçusu ölüb

 02:39 29.03.2020     443

"Atletiko"nun 14 yaşlı futbolçusu Kristian Minçola Sançes vəfat edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə klubun baş direktoru Migel Anxel Gil açıqlamasında bildirib.

Madrid klubunun rəsmisi bununla əlaqədar Kristianın ailəsinə başsağlığı verib: "Belə vəziyyətlərdə çarəsizlik hissi yaranır. Bu dəhşətdir. Son günlər mənə yaxın olan bəzi tanışlar koronavirusdan, bəziləri də başqa xəstəlikdən ölüblər. Kristianın cəmi 14 yaşı var idi. Ailəsinə başsağlığı verirəm. Son həftələrdə vəfat edən idmançıların xatirəsinə klubun bayrağını endirəcəyik".

Qeyd edək ki, Kristian Minçola Sançes 2013-cü ildən "Atletiko"nun akademiyasında çıxış edib. //APA