Rüştü Rəcbər koronavirusa yoluxub

 03:20 29.03.2020     398

Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub. 

Redaktor.az-ın məlumatına görə, bunu veteran futbolçunun həyat yoldaşı İşıl Recber açıqlayıb. 

O bildirib ki, 47 yaşlı Rüştü COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib: “Ailəliklə verdiyimiz testlərdə mənim, qızımın və oğlumun analizləri neqativ çıxdı. Rüştüdə isə pozitiv oldu. Buna görə də o xəstəxanaya yerləşdirilib”. //APA