Pandemiya Paris Olimpiadasını da vura bilər

 07:40 29.03.2020     467

COVID-19 pandemiyası 2024-cü ilin Olimpiya Oyunlarına hazırlığı çətinləşdirə bilər.

Redaktor.az-ın məlumatına əsasən, bu barədə yarışların Təşkilat Komitəsinin sədri Toni Estanq bildirib.

Onun sözlərinə görə, Təşkilat Komitəsi bütün planlarını yenidən nəzərdən keçirməlidir. Sədr qeyd edib ki, bu, adətən dörd il davam edən olimpiya dövrünün üç ilə qədər azaldılması ilə bağlıdır. 

“Yarışların potensial sponsorlarının maliyyə problemləri ilə də üzləşə biləcəyini istisna etmək olmaz. Amma əminəm ki, biz uyğunlaşa bilərik”, - deyə Estanq bildirib.

Xatırladaq ki, iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 oyunları koronavirus pandemiyasına görə 2021-ci ilə keçirilib. 2024-cü ilin yay Olimpiya Oyunları isə iyulun 26-dan avqustun 11-ə kimi Parisdə baş tutmalıdır. //APA