UEFA-dan liqalarla bağlı sensasion qərar

 16:11 29.03.2020     630

UEFA 2020/2021 mövsümü üçün şok qərar qəbul etmək istəyir.

Redaktor.az xəbər verir ki, Avropanın Ali Futbol qurumu çempionatı başa çatdırmayan və nəticələri ləğv edən ölkələrin klublarını avrokuboklara buraxmaq istəmir.

UEFA bu mövsüm bütün liqaların başa çatdırılmasını istəyir. Avrokuboklarda iştirak üçün ya çempionatlar sonadək oynanılmalı, ya da indiki mövcud nəticələrə uyğun olaraq çempionlar bəlli olmalıdır.