"Real" maaşları kəsməyəcək

 02:30 30.03.2020     634

"Real" futbolçularının maaşlarını kəsməyəcək.

Redaktor.az saytının məlumatına görə, "kral klubu" əzəli rəqibi "Barselona"dan fərqli olaraq, futbolçuların və işçilərin məvacibini tam ödəyəcək.

Madrid təmsilçisi koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpa ediləcəyinə və maddi ziyanın bununla az olacağına ümid edir. "Real"da futbolçuların ümumi maaşı 283 milyon avrodur ki, bu "Barselona"dan 144 milyon avro azdır.

Qeyd edək ki, "Real" hazırda La Liqada 56 xalla 2-ci pillədə qərarlaşıb. //APA