Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı açıqlanıb - RƏSMİ

 16:19 30.03.2020     581

Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı dəqiqləşib.

Redaktor.az xəbər verir ki, tarix Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı vasitəsi ilə açıqlanıb.

Bu il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan yarış iyulun 23-də start götürəcək. Yaponiya paytaxtındakı Olimpiada avqustun 8-dək davam edəcək.

Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.