Avrokuboklar nə vaxt başlayacaq?

 16:17 01.04.2020     651

UEFA bu gün 55 ölkə federasiyalarının nümayəndələri ilə videokonfrans vasitəsilə iclas keçirib.

Redaktor.az bildirir ki, bu barədə Almaniyanın ZDF nəşri məlumat yayıb.

İclasın gündəliyi koronavirus pandemiyası ilə bağlı fasilə verilən çempionatlar olub.

Mənbəyə görə, UEFA Çempionlar Liqası və Avropa Liqası oyunlarının iyul-avqust aylarında keçirilməsinə qərar verilib. Qərara əsasən, iyun ayına nəzərdə tutulan bütün beynəlxalq qarşılaşmalar təxirə salınıb və payıza qədər də baş tutmayacaq.