Ronaldo Messini qabaqlayıb ən yaxşı oldu - FOTO

 19:18 02.04.2020     558

İspaniyanın məşhur “Marca” nəşri oxucular arasında “Tarixin ən yaxşı futbolçusu kimdir?” suallı sorğu keçirib. 

Redaktor.az bildirir ki, sorğu pley-off formatında təşkil edilib. Belə ki, oxucular əfsanəvi oyunçulardan birini seçməli olub, qalib gələnlər isə növbəti mərhələyə keçiblər.

Səsvermə nəticəsində finala Kriştianu Ronaldo və Lionel Messi çıxıblar. Ronaldo Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı üstələyib. Messi isə azarkeşlərin seçiminə görə, Ferents Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldodan üstün olub. 

Finalda isə Ronaldo Messini keçə bilib.