Messinin şəxsi təyyarəsi məcburi eniş etdi

 19:13 03.04.2020     637

"Barselona"nın hücumçusu Lionel Messinin şəxsi təyyarəsi  Brüssel aeroportunda məcburi eniş edib.

Redaktor.az xəbər verir ki, Tenerifeyə yola düşməli olan təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən təyyarə Brüsseldə məcburi eniş edib.  Argentinalı futbolçu və ailəsinin təyyarədə olub-olmaması barədə məlumat yoxdur. Brüssel aeroportunun məxfiliyi saxladığı və hadisənin təfərrüatları açıqlamadığı bildirilib.

Qeyd edək ki, Lionel Messi təyyarəni iki il əvvəl 13 milyon avroya alıb. //Qol.az