"Bavariya" baş məşqçisi ilə müqaviləni yenilədi

 19:45 03.04.2020     585

Almaniyanın "Bavariya" klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayıb.

Redaktor.az xəbər verir ki, 55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Hans Flik "Bavariya"nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib. //Report.az