İspaniya çempionatı qeyri-müəyyən müddətə təxirə salındı

 20:29 03.04.2020     610

Kişi basketbolçuların İspaniya ACB Liqasının rəhbərliyi və çempionatda iştirak edən klubların iştirakı ilə video-konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən çempionatda mövsümün qeyri-müəyyən müddətə təxirə salınması qərara alınıb. Ölkədəki vəziyyətdən asılı olaraq gələcək bir tarixdə qərara yenidən baxılacağı bildirilib.

Daha əvvəl ACB Liqası 24 aprel tarixinə qədər dayandırılmışdı.

Son məlumatlara görə, İspaniyada COVID-19-a yoluxanların sayı 110 mini keçib. Ölkədə 10 mindən çox insan koronavirusdan dünyasını dəyişib. //Fanat.az