Koronavirusa yoluxan Daniel Maldini sağaldı

 22:39 03.04.2020     567

Koronavirusa yoluxan "Milan"ın futbolçusu Daniel Maldini sağalıb.

Redaktor.az xəbər verir ki, bu barədə 18 yaşlı hücumçu "İnstaqram" vasitəsi ilə bildirib: "Hər şey qaydasındadır. Məndə  simptomlar artıq yoxdur. Fərdi məşqləri davam etdirirəm".

Qeyd edək ki, D.Maldini klubun texniki direktoru Paulo Maldininin oğludur. //Qol.az