Neymar itləri ilə məşq etdi - VİDEO

 01:56 05.04.2020     724

Fransa PSJ-sinin və Braziliya milli komandasının futbolçusu Neymar həyətində məşq edib.

Redaktor.az-ın məlumatına görə, braziliyalı hücumçuya iki iti rəqib olub. Üçüncü it isə onlara heç tamaşaçı kimi də maraq göstərməyib.

Qeyd edək ki, bu mövsüm Neymar Fransa Liqa 1-də 13 qol və 6 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı forvard digər yarışlarda - Çempionlar Liqası, Fransa Liqa Kuboku və Fransa Kubokunda 7 qarşılaşmada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən