UEFA Çempionlar Liqası ilə bağlı bəyanat yaydı - RƏSMİ

 23:55 05.04.2020     474

Avropanın ali futbol qurumu UEFA Çempionlar Liqasının avqustun 3-dən gec olmayaraq yekunlaşdırılması barədə yayılan məlumatı rəsmi şəkildə təkzib edib.

Redaktor.az xəbər verir ki, təşkilat həmin məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Qurumun prezidenti Aleksandr Çeferin mövsümün sonu üçün dəqiq tarixlərin təyin edilmədiyini açıq şəkildə bildirib.

UEFA həmçinin qeyd edib ki, bütün yarışların başa çatdırılması üçün təqvim barədə həll yolu tapmaq lazımdır. //Offsideplus.az