Qvardiolanın anası koronavirusdan ölüb

 18:26 06.04.2020     634

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın ailəsində ağır itki baş verib.

Redaktor.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin anası vəfat edib.

İspaniyalı çalışdırıcının anasının ölümünə səbəb koronavirus pandemiyası olub. Bu virusa yoluxan 82 yaşlı Dolors Sala Karrio xəstəliyə qalib gələ bilməyib. //APA