Azərbaycanlı futbolçuda koronavirus aşkarlandı - FOTO

 10:35 07.04.2020     560

Ukrayna millisinin, Kiyev “Dinamo”sunun və Moskva “Lokomotiv”inin sabiq futbolçusu Aleksandr Əliyev koronavirus simptomları ilə üzləşib.

Redaktor.az xəbər verir ki, əslən azərbaycanlı olan A.Əliyev “Instagram” hesabından yaydığı açıqlamasında 37,4 - 37,5 dərəcə temperaturunun olduğunu bildirib.

Hazırda həvəskarlar liqasında çıxış edən 35 yaşlı futbolçu yalnız öskürdüyünü və özünü yaxşı hiss etdiyini, ancaq məsləhətə ehtiyacı olduğunu deyib.

O, həmin gün qızı ilə gəzintiyə çıxdığını da vurğulayıb.

Qeyd edək ki, daha əvvəl A.Əliyev yayılan koronavirus pandemiyasının saxta olduğunu bildirmişdi. //Oxu.az