İngiltərə Premyer Liqasında mövsüm ləğv oluna bilər

 23:58 07.04.2020     585

“Futbol dünyası təxmin edə bilməyəcəyimz maliyyə böhranının içindədir. Klublarımızı və çempionatlarımızı itirmək riskiylə üz-üzəyik”.

Redaktor.az xəbər verir ki, bu sözləri İngiltərə Futbol Federasiyasının prezidenti Qreq Klark deyib.

O, koronavirus pandemiyası ilə bağlı federasiya rəsmiləri ilə birgə keçirdikləri videokonfransda bədbin danışıb. Bildirib ki, Premyer Liqada mövsümün bərpa olunmaya bilər: “Çempionatları bərpa etməyi çox istəyirik. Amma böyük bir qeyri-müəyyənlik içindəyik. Bu üzdən cari mövsümü bərpa etməyə də bilərik. Çünki bizim üçün önəmli olan futbol yox, insanların həyatıdı".

Qeyd edək ki, İngiltərədə liqalar martın 13-də dayandırılıb.