Qvardiola maaşının azaldılmasına razı oldu

 10:44 08.04.2020     574

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola koronavirusa görə maaşının azaldılmasına razılaşıb.

Redaktor.az xəbər verir ki, 49 yaşlı mütəxəssis klubun müvafiq şərtlərini prinsipcə qəbul edib.

Amma maaşların azaldılması üçün son anlaşma hələ yoxdur. Qvardiola anasının dəfnindən qayıdandan sonra hər şeyə qərar verəcək.

Qeyd edək ki, Xosep Qvardiola mövsüm ərzində 20 milyon avro qazanır. Onun anası 82 yaşında koronavirusdan dünyasını dəyişib. //Report.az