Bakıdakı keçiriləcək Dünya Kuboku ləğv olundu

 13:49 08.04.2020     598

Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq İdman Federasiyasının (ISSF) rəsmi saytı məlumat yayıb.

ISSF koronavirus pandemiyası səbəbindən Bakıdakı yarışla yanaşı, Hindistanın Yeni Delhi şəhərindəki iki Dünya Kubokunu da ləğv edib.

Qeyd edək ki, Bakıdakı Dünya Kubokunun 22 iyun - 3 iyulda keçirilməsi nəzərdə tutulurdu. //Report.az