Fransa millisinin sabiq üzvü koronavirusdan öldü

 01:35 09.04.2020     646

Fransalı keçmiş reqbiçi Kristof Pras koronavirusun qurbanı olub.

Redaktor.az xəbər verir ki, vaxtilə U-18 yığmasının da formasını geyinmiş veteran oyunçu 36 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, daha çox həvəskar liqadakı çıxışı ilə tanınan Kristof Pras karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamışdı. //Report.az