Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

 00:22 10.04.2020     1288

Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi məlum olub.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini Bruno Labbadia çalışdıracaq. O, bu vəzifədə Aleksandr Nurini əvəzləyib.

54 yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Almaniyalı məşqçi daha əvvəl “Bayer”, “Hamburq”, “Ştutqart”, “Volfsburq” klublarını çalışdırıb.