Milli komandamızın sabiq üzvü 45 yaşında vəfat etdi

 01:40 10.04.2020     1097

Azərbaycan idmanına itki üz verib.

Redaktor.az xəbər verir ki, şpaqa üzrə Azərbaycan milli komandasının sabiq üzvü Mehrab Həsənov 45 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Azərbaycan Qılıncoynatma Federasiyası idmançının vəfatından kədərləndiyini bildirib və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!