Telefon nömrəsini yaydı, 2,2 milyon mesaj gəldi

 05:33 10.04.2020     609

Bir neçə gün əvvəl sabiq dünya tennisçi Mariya Şarapova pərəstişkarlarını SMS yazmağa çağırmışdı.

Redaktor.az xəbər verir ki, sosial media hesablarında yerləşdirdiyi video vasitəsi ilə izləyicilərinə müraciət edən veteran tennisçi telefon nömrəsini yaymış və insanlardan mesaj yazaraq düşüncələrini onunla bölüşmələrini istəmişdi: 

"Salam. Cümə gününüzün yaxşı keçməsini arzulayıram. Bilirəm, indiki vəziyyətdə bu, elə də məna ifadə etmir, amma yenə də... Hamınızla əlaqədə olmaq niyyətindəyəm. Ötən həftə video-konfransda aranızdan 150 nəfərlə maraqlı söhbətimiz oldu. Bu onlayn görüş çox xoşuma gəldi və yenidən sizinlə söhbətləşmək istəyirəm. Hazırda özünütəcrid dönəmindəyik, izolyasiya şəraitində olmağa məcburuq. Buna görə də düşündüklərinizi mənimlə bölüşməyinizi istəyirəm. Fikrim belədi: düşündüklərinizi mənə yazmağınızı istəyirəm. Mənim telefon nömrəm var, indi ekranda görünəcək. Bu nömrəyə SMS göndərə bilərsiniz. Mesajlar birbaşa hazırda əlimdə tutduğum, bu videonu çəkdiyim telefona gələcək. Odur ki, yazın və cavab gözləyin".

Koronavirus səbəbindən özünü izolyasiya edən rus gözəl yeni açıqlamasında 40 saatda 2,2 milyon mesaj aldığını bildirib. Şarapova mesajları oxumaqda çətinlik çəkdiyini deyib. //Fanat.az