Rüştü Reçber koronavirusa qalib gəldi

 20:49 10.04.2020     806

Türkiyə millisinin sabiq futbolçusu Rüştü Reçber koronavirusdan sağalıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı veteran qapıçının həyat yoldaşı Işıl Reçber "Instagram" səhifəsində paylaşıb.

O, R.Reçberin sonuncu analizinin nəticəsinin mənfi çıxdığını açıqlayıb.

Qeyd edək ki, oyunçu karyerası ərzində "Fənərbağça" və "Beşiktaş", eləcə də İspaniya "Barselona"sının formasını geyinmiş Rüştü Reçber hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən