Beynəlxalq Çempionlar kuboku ləğv olunub

 10:18 11.04.2020     717

Futbol üzrə Beynəlxalq Çempionlar kuboku ləğv olunub.

Redaktor.az saytının məlumatına görə, 2020-ci ildə keçirilməli olan yoldaşlıq turniri təşkil olunmayacaq.

Buna koronavirus pandemiyası səbəb olub. Təşkilatçıların yaydığı bəyanatda turnirin gələn il baş tuta biləcəyi əks olunub:

“Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı, həmçinin beynəlxalq təqvimlə bağlı qeyri-müəyyənlik olduğundan turnirin keçirilməsi mümkünsüzdür. 2021-ci ildə ən yaxşı klublar və unudulmaz matçlarla qayıdacağımıza ümid edirik”.

Qeyd edək ki, 2013-cü ildən ənənəvi olaraq keçirilən turnirdə dünyanın aparıcı klubları iştirak edir. Hər ilin yayında bu komandalar müxtəlif ölkələrdə -əsasən də ABŞ və Asiyada üz-üzə gəlir. //APA

Vumart və Güvən reklamı Vumart Güvən