"Formula-1"-lə bağlı ən pis ssenari açıqlandı
"Formula-1" rəhbərləri 2020-ci il mövsümündə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətdən asılı olaraq istifadə olunacaq yeni təqvimin bir neçə variantını hazırlayırlar.
Redaktor.az xəbər verir ki, bu barədə danışan "Formula-1"-in idman direktoru Ross Braun ilk yürüşlərin azarkeşssiz keçirilə biləcəyindən deyib.
"Ən xoşagəlməz ssenari də mümkündür. Bu zaman mövsümü ləğv etmək lazım gələcək. Bununla belə, indi bu variantı heç kim nəzərdən keçirmək istəmir". //Axar.az












