Ramil Şeydayev "Dinamo" ilə problemini həll etdi
Rusiya Futbol İttifaqı Palatası qış fasiləsində Moskva "Dinamo"sundan ayrılan "Sabah" klubunun futbolçusu Ramil Şeydayevlə sabiq komandası arasındakı sülh müqaviləsini təsdiqləyib.
Redaktor.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bununla da paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatı ilə bağlı qoyulan qadağa aradan qalxıb. //Report.az












