Avroliqanın qalan oyunları bu ölkədə keçirilə bilər
Kişi basketbolçuların Avroliqa turnirinin gələcəyi ilə bağlı müzakirələr davam edir.
Redaktor.az xəbər verir ki, Avroliqa rəhbərliyi hazırda mövsümün qalan oyunlarının Litva, Afina (Yunanıstan) və ya Moskvada (Rusiya) keçirilməsi variantını nəzərdən keçirir.
Litva mübarizədə favorit hesab olunur. Bu yöndə qərar qəbul ediləcəyi təqdirdə, final mərhələsinin matçları Kaunas və Vilnüsdə keçiriləcək.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Avroliqa dayandırılıb.//Fanat.az












