Məşhur futbolçu yoxa çıxıb - 19 gündür xəbər yoxdur

 14:08 19.04.2020     750

“Anderlext”in yarımmüdafiəçisi Samir Nasri koronavirus pandemiyası dövründə yoxa çıxıb.

Redaktor.az xəbər verir ki, komandası məşqlərini bərpa etsə də, fransalı futbolçu klubun düşərgəsinə qayıtmayıb. Ümumiyyətlə, aprelin 1-dən başlayaraq o, nə klub rəhbərliyi, nə məşqçilər, nə də futbolçularla əlaqə qurub. Samirin çempionatda yaranan fasilə zamanı fərdi məşqləri necə keçirdiyinə dair də klubda məlumat yoxdur. Futbolçunun İnstaqramdakı rəsmi səhifəsində də son paylaşımı 1 apreldə olub.

Xatırladaq ki, Samir Nasri “Anderlext”ə ötən yay “Vest Hem”dən transfer olunub. Bu mövsüm o, 7 oyun keçirib, 1 qol vurub. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən