Azərbaycanlı döyüşçü meşədə odunla məşq etdi - VİDEO
Azərbaycanlı MMA idmançısı Nəriman Abbasov meşədə odunla məşq edir.
Redaktor.az-ın xəbərinə görə, ölkədə bütün idman zalları bağlı olduğundan, tanınmış idmançımız Bakıdakı meşələrdən birində fiziki məşqlə atlet formasını qorumağa çalışır.
Qeyd edək ki, Nəriman Abbasov sentyabrın 25-də Moskvada keçiriləcək “Fight Nights Global” turnirində yüngül çəkidə çempionluğunu müdafiə döyüşünə çıxacaq.
Onun rəqibi rusiyalı Mixail Qoqitidze olacaq. //Oxu.az












