İdmançılar yarışlara maska ilə çıxa bilərlər

 20:29 21.04.2020     548

Təxirə salınan yarışlar bərpa olunduqdan sonra idmançıların özlərini virusdan necə qoruya biləcəkləri açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, alimlər idmançıların maska taxmaqla koronavirusa yoluxma riskini azalda biləcəklərini vurğulayıblar.

Şotlandiyanın Edinburq universitetinin professoru Rolend Kao bildirib ki, onlar bu yolla həm özlərini, həm də komanda yoldaşlarını qoruya bilərlər. Onun sözlərinə görə, maska vasitəsilə riski minimuma endirmək mümkündür.

Qeyd edək ki, bu gün məşqləri bərpa edən Avstriyanın "Zalsburq" klubunun bəzi futbolçuları meydançaya qoruyucu maska ilə çıxıblar. //Report.az