Avropa Kuboklarının qalan hissəsi ləğv olunub

 17:47 23.04.2020     623

Avropa Voleybol Konfederasiyası (CEV) 2020-ci ildə avrokubokların qalan hissəsini ləğv edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə CEV-in İdarə Heyəti qərar qəbul edib.

Ləğv olunan yarışlara mayın 16-da Almaniyanın paytaxtı Berlində keçirilməsi planlaşdırılan CEV Çempionlar Liqası Superfinalı da daxildir. 

İdarə Heyəti turnirlərin davam etdirilib-etdirilməyəcəyindən asılı olmayaraq, komandalara mükafat fondunun 80 faizindən çoxunu verməyə razı olub.

CEV Şurası 2020/2021 mövsümündə avrokuboklar üçün mükafat fondunu qorumağı öhdəsinə götürüb və gələn mövsüm üçün klublara əlavə dəstək verəcəyini bildirib. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən