Daha bir futbolçu koronavirusa qalib gəlib

 22:17 23.04.2020     655

İtaliyanın “Verona” klubunun koronavirusa yoluxan futbolçusu Mattia Zakkaqni sağalıb.

Redaktor.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin son koronavirus testinin mənfi çıxdığı bildirilib.

Qeyd edək ki, italiyalı futbolçunun mart ayının sonlarında pandemiyaya yoluxduğu məlum olmuşdu. O, bu mövsüm A Seriyasında 23 oyuna 1 qol vurub, 8 qol ötürməsi edib. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən